Qaranlıq, günahlı olan bu dünya Nə sənə, nə mənə, heç kimə qalmaz. Bizə qalan yalnız əməllərimiz, Rəbbə qulaq asaq, çətinlik olmaz. Bu həyat sınaqdır, dözün sınağa, Əbədi həyatçün dəyər ahlara. Nə yaxşı, biz Onun övladlarıyıq, Onunçün Ataya sadiq qalmalıyıq. Gəlin, elə ömür sürək dünyada, Rəbb görsün, sevinsin bizə baxanda. Elə yaşayaq, nur olaq dünyada, Bizə baxan izzət versin Ataya. Bu dünyada kədəriniz olsa da, Sevinin, şadlanın siz Atanızla. Qəlbiniz sıxılsa, gözlər yaşarsa da, Rəbb gözdən qoymayır sizi bir an da.Mi lavo le manine Залбирна ชื่นชมยินดีเถิดบุตราแห่งศิโยน బలమైన దేవుడవు - బలవంతుడవు నీవు at calvary La Tua via per me 你那里有爱 Poď k Ježišovi! Chamna Lal Apieng Tai Rendons grâces au Seigneur
Song not available - connect to internet to try again?