Qulaq asın Haqdan gələn səslərə, Oyaq olun, Allahı sevənlər. Qucaq açın Allah deyən kəslərə, Qucaq olun, Allahı sevənlər. Ayaz dəymiş yanaqları qızdırın siz, Şaxta vurmuş barmaqları qızdırın siz, Buza dönmüş ürəkləri qızdırın siz, Ocaq olun, ey Allahı sevənlər. Allah olsun dilinizin duası, Allah olsun gözünüzün şüası, Allah olsun qəlbinizin mayası, Çıraq olun, Allahı sevənlər. Sarsılmayın haqsızlıqlar olanda, İşıqlanın zülmət nuru boğanda. Haqqın nuru yağış kimi yağanda Torpaq olun, Allahı sevənlər.My kráčame Bije dzwon Ödedi İsa Borçluyum O'na أسكن دْكَڤْم جْهِه هَري پیروز Я оставлю вам мир и покой MÔJ JEŽIŠ SI SPÁSOU - BA akordy guò qù zhù zài yōu àn zhī 세상 향한 발걸음들 Será posible, oh mi Dios
Song not available - connect to internet to try again?