Qəlbimdə qəm, kədəri illərdir saxlayıram, Ağırlaşmış bu yükü hələ də daşıyıram. Nə vaxtadək ürəyim üzüləcək, bilmirəm, Gözümdən kədər yaşı silinəcək, görəsən? Üzümdən qəm, kədəri heç silə bilməyirəm, Sevinmək və şadlanmaq keçir mənim qəlbimdən. Mən istəyirəm, Rəbbim, azadlıq tapsın qəlbim, Bu ağrılı günlərim bir də geri dönməsin. Gəl köməyimə, Rəbbim, Sən qal mənim qayğıma, Çarmıxdakı əzabın həkk olsun yaddaşıma. Səninlə bağlı olsun qoy hər arzum, diləyim, Bu dünya istəyindən təmizlə məni, Rəbbim. Oxu, Müqəddəs Ruhum, oxu həmişə Rəbbə, Azad quş kimi uçum Rəbb gələndə Göylərə.tīng jiàn zhǔ de huà shí zài xíng chū lái كللت السنة بجودك О! В сердце моем небеса mạ hy ḥyạtk yạ kẖạṭy In presenza di Yahweh Ще чакам и ще слушам Сен алыс болгондойсуң Kun Israel jätti orjuuden Men qozysy Isanyń Вечные радости там в небесах
Song not available - connect to internet to try again?