Rəbbə layiqli övlad deyildim, Müqəddəs Allahı duya bilmirdim. Günah içində tamam itmişdim, Axtarıb Sən tapdın məni, Allahım. Əzablı günümdə mənə acıdın, Əzabı qəlbimdən çəkib qopardın. Getdiyin yol ilə məni apardın, Minnətdaram Sənə, mənim Allahım. Yox idi dünyada mənim təsəllim, Həqiqət deyildi aldığım təlim. Hey axtarırdım mən yaxşı müəllim, Sən çıxdın qarşıma, mənim Allahım. Qurumurdu heç axan göz yaşlarım, Günahlı idi mənim keçmiş yollarım. Gücüm yox idi Sənə yalvarım, Sən xilas etdin, mənim Allahım.ʿly̱ ṣlyb ạljljtẖẗ qd fạḍt ạldmạʾ Если в жизни случиться вдруг yṭlq qlby Oceans - Na vlnách ĎAKUJEM ZA KRÍŽ Песня Ангела Kim inanıyor Как гости мы странствуем здесь на земле yswʿ qạm mn ạlạ̉mwạt Екі мың жылдай ертерек
Song not available - connect to internet to try again?