Rəbbim İsa, varlığımı bu imana layiq eylə, Mənə olan o sevgiyə, mərhəmətə layiq. Yaşayım Sözünlə, gedim Sənin izlərin ilə, Nurlanım Kəlamın ilə, bu Kəlama layiq. Dərk eyləyim hikmətini, bilim ki, nəyə layiqsən, Dərk edim məhəbbətini, o, səcdəyə layiq. Mənə görə qan axıdıb çarmıxda əzabla öldün, Doğruldum bu əzabları, olum Sənə layiq. Həkk olunsun Müqəddəs surətin mənim ürəyimə, Söz danışım, addım atım bu surətə layiq. Üz tutum dar yoluna, dözüm hər bir əzabına, Yetişim Padşahlığına, olum Ona layiq.Вера через шторм проводит корабли Sám, Pane, prebuď svojich svedkov Жаз да келди айлана кулпуруп Ár kúnde Isa maǵan qajetsiń Vieni o fonte benedetta Znej haleluja, Pánovi Solihmiz bizlar nǐ shuō guò Есть песня в моём сердце её всегда пою Gesù Tu sei il mio buon Pastore
Song not available - connect to internet to try again?