Rəbbimiz İsaya minnətdar olaq, Onun sevgisidir bizi yaşadan. Xilaskar kimi Oğlu İsanı Göndərdi Göylərdən yerə Yaradan. Atanın sözünə itaətli olan, Çarmıxda əzabla ölməyə razı olan Allahın Oğlu İsaya alqış! İzzətə layiq İsaya alqış, Şöhrətə layiq İsaya alqış! Rəbb fədakarlıq, sevgi göstərdi, Onda yeriyənə sadiqdir O da. Əbədi ölümü İsa götürdü, Biz günahkarlar yanmayaq odda. Özünü bizlərə həsr etdiyi tək Biz də özümüzü Ona həsr edək. İmanda yeriyib Rəbb gələnədək Onun hər əmrinə biz əməl edək, Rəbb dediyi kimi hamını sevək. Müqəddəs Ruh ilə hər birimiz Əbədi həyatçün möhürlənmişik. Müqəddəs İsamız göylərə qalxdı, Onun izləriylə yola çıxmışıq. Bizi öyrədənə, sevənə alqış, Əbədi həyatı vəd edənə alqış! Allahın Oğlu İsaya alqış! Ən ucalarda olana alqış! Atanın sağında Olana alqış!أسكن تحت ظل جناحيك بئزدى تەڭىر، ەلىبىزدى، ويعوتقۇن Под кровом Твоим ʿạyz ạ̉ḥbk bjd lw qlby dạ Sen varken yanımda Nech tvoj Duch preteká Как тяжко на сердце бывает порою Много лет с тех пор прошло إروي الأعماق المشتاقة
Song not available - connect to internet to try again?