Rəbbimiz İsaya minnətdar olaq, Onun sevgisidir bizi yaşadan. Xilaskar kimi Oğlu İsanı Göndərdi Göylərdən yerə Yaradan. Atanın sözünə itaətli olan, Çarmıxda əzabla ölməyə razı olan Allahın Oğlu İsaya alqış! İzzətə layiq İsaya alqış, Şöhrətə layiq İsaya alqış! Rəbb fədakarlıq, sevgi göstərdi, Onda yeriyənə sadiqdir O da. Əbədi ölümü İsa götürdü, Biz günahkarlar yanmayaq odda. Özünü bizlərə həsr etdiyi tək Biz də özümüzü Ona həsr edək. İmanda yeriyib Rəbb gələnədək Onun hər əmrinə biz əməl edək, Rəbb dediyi kimi hamını sevək. Müqəddəs Ruh ilə hər birimiz Əbədi həyatçün möhürlənmişik. Müqəddəs İsamız göylərə qalxdı, Onun izləriylə yola çıxmışıq. Bizi öyrədənə, sevənə alqış, Əbədi həyatı vəd edənə alqış! Allahın Oğlu İsaya alqış! Ən ucalarda olana alqış! Atanın sağında Olana alqış!The Bride Has Made Herself Ready إذا نحيت Иса Йол, Герчек Яшам Z Betlema sa ozýva Su quel colle fatal О Светий Душе Shake Another Hand ạlsnyn btmr ʿly Deň ku koncu sa chýli Consolez vos coeurs qui pleurent
Song not available - connect to internet to try again?