Rəbbə iman edən utandırılarmı? Ona iman edən utandırılmaz. Qoy bu qalsın sizin yaddaşınızda Bunu O demişdir Öz kəlamında. Allahımız nurdur, pakdır, təmizdir Oğlu ləkəsizdir, qüsursuz, müqəddəsdir. Siz də mənim kimi Müqəddəs olun - Bunu O demişdir Öz kəlamında. Onu döyənləri döymədi heç vaxt, Onu söyənləri söymədi heç vaxt. Çalışın, dilinizi siz yüyənləyin, Bunu O demişdir Öz kəlamında. İsa bizim üçün Qanını töküb, Cismən əzab çəkib, sonra dirilib. Bu fi kirlə siz də silahlanın - Mənə iman edən xilas olacaq, Bunu O demişdir Öz kəlamında. İmanı hifz edin, son ana qədər Onun zühurunu arzu eyləyin. Sizlərçün salehlik tacı hazırdır Bunu O demişdir Öz kəlamında. Arzu edənlərin hamısına Rəbb Verəcək salehlik tacını, bilin. İmansız olmayın, iman eyləyin, Bunu O demişdir Öz kəlamında.Вавилона повелитель Oh! pendant que pour eux Bul Qudaı jaratty ǵoı aspan jerdi Потерянная драхма Kóktem keldi aınala qulpyryp Песчинка на асфальте ถวายตัวให้พระองค์ Despertad Despertad Ježiš, Ty si najdrahší Pán Prúdy živé plynú
Song not available - connect to internet to try again?