Rəbdir qalam, Rəbdir qayam, Qorxu, hürkü bilmərəm mən. Sağ əliylə məni tutur, sevgi, qayğı duyuram mən. Rəbdir qalam, Rəbdir qayam, Hüzurunda yaşaram mən. Adım həyat kitabında, Sülh, əminlik tapıram mən. Rəbdir qalam, Rəbdir qayam, ilhamlanıb coşuram mən, İsa dilimin əzbəri, sözləriylə yaşaram mən. Rəbdir qalam, Rəbdir qayam, Yalnız Ona güvənirəm. Cəlalını vəsf edirəm, Ona doğru gedirəm mən. Rəbdir qalam, Rəbdir qayam, Ona güvənib dururam. İmdadıma çatan Odur, sığınacaq tapıram mən. Rəbdir qalam, Rəbdir qayam, mənə görə qurban gedən. Müqəddəs Ruh yol yoldaşım, sevgisiylə yaşaram mən. Rəbdir qalam, Rəbdir qayam, Səmavi məskənədir yolum. İsa açıb qollarını, orda xoşbəxt, rahat olaram mən.Tutto ciò che hai Любовь явил Господь คริสต์มาสเป็นเวลา الرب لي راعٍ ESPRIT DU DIEU SOUVERAIN ạ̉nạ ṣạbr lyk Un cow-boy Kenyeret és bort Not for sale Din El prin El si pentru El
Song not available - connect to internet to try again?