Sənə alqış deyir ürəklərimiz, Ey Allahın Oğlu, uca Rəbbimiz! Sənsən bu günümüz, gələcəyimiz, Sənə alqış olsun, İsa, Rəbbimiz! Göylərdədir əbədi məskənimiz, Göylərin həsrətindədir qəlbimiz. Bizə yer hazırlar orda Rəbbimiz, Sənə minnətdarıq, İsa, Rəbbimiz! Səninlə əbədi yaşamaq üçün , Sənin cəlalını seyr etmək üçün, Müqəddəs Şəhərə sakin olmaqçün Can atırıq hər an, İsa, Rəbbimiz! Sənsən o Müqəddəs Şəhərin Nuru, Hamıdan izzətli, Allahın Oğlu! Müqəddəs Ruh bizi çatdırar ora, Sənə alqış olsun, İsa, Rəbbimiz! Sənə alqış deyir ürəklərimiz, Şərəfə, şöhrətə layiq Rəbbimiz. Sənsən dayağımız, güvəndiyimiz, Sənə alqış olsun, şanlı Rəbbimiz! Sənin məhəbbətin sonsuz, ölçüsüz, İmanla yaşarıq, var ümidimiz. Bir gün Səni görəcək gözlərimiz Hamıdan qüdrətli, qalib Rəbbimiz!Я пройду с тобой bạkraⁿạ ạ̉ty ạ̹lyk Ry olom-bery, tsy ho very foana ny andronao О, Раб Исам, сен бюйюксюн Исо Сен менинг севгим 메마른 우리 마음 野地的花 Ибодат қилгин дўстим Atolotray hatao batisa Veni Spirito Creatore
Song not available - connect to internet to try again?