Sən mənim Göylərdə olan Atamsan, Hər yerdə, hər zaman qayğıma qalansan. Səhvlərimə dözüb, mərhəmətlə sevib, Günahımı anmadan bağışlayansan. Sevirəm Səni mən bütün canımla, Sevirəm Səni mən bütün varlığımla. Artır bu məhəbbəti, alışdır bu ürəyimi, Əziz Atam. Məni elə böyük məhəbbətlə sevdin, Sonsuz yüksəkliklərdən belə söylədin: «Gəl, mənim övladım, gəl, birlikdə olaq, Hər nəyim varsa, səninlə şərik olaq». Öyrət Sənin sevdiyin tək sevməyi, Öyrət Səni necə sevindirməyi. Öyrət Səninlə sakit dualarda Görüşüb səsini dinləməyi. Sən mənim sevimli, əziz Atamsan, Ömrümün mənası, ruhuma dayaqsan. Sənsiz heçdir insan qaranlıq dünyada, Ümidsiz, arxasız, yazıqdır insan. Sən mənim dayağım, Sən mənim qayamsan, Sən mənim rahatlığım, ruhuma çıraqsan. Sən mənim Atamsan, Sən mənim Ağamsan, Əziz Atam.Tuhan, Tolonglah, Bangunkan Iman Тэ енэжвывса Ен THERE IS LIFE FOR A LOOK Сөйгиңи айдымда айдарын Sláva Jemu buď! I Could Sing of Your Love Forever Allahım Sən Nə Yaxşısan tsbyḥ tsbyḥ Адам оглы оя болгыл Astăzi vin la Tine
Song not available - connect to internet to try again?