Səni gözləyirəm, Sən gələcəksən, Göydən buludlarla Sən enəcəksən. Ardımca gələcək tezliklə Rəbbim, Gələcək, bilirəm, O, söz veribdir. Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar, Apar məni yüksəkliyə, Allahım, tezliklə apar. Gözləyir Müqəddəs Şəhərim məni, O azad Şəhərim, o pak Şəhərim. Qızıldan döşənmiş o küçələri Bilirəm, həsrətlə gözləyir məni. Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar, Apar məni, o Müqəddəs, o pak Diyara apar. İnanıram, Rəbbim, Sən gələcəksən, Göydən buludlarla Sən enəcəksən. O Öz sözlərinə sadiqdir, inan, O Öz sözlərinə qadirdir, inan. Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar, Apar məni yüksəkliyə, Allahım, tezliklə apar. Apar məni, Rəbbim, apar, Allahım, Özünlə apar, Apar məni, o Müqəddəs, o pak Diyara apar.Kde vládne Kristus Kráľ llh ạlmjd 今日的教会要警醒 Venid los que al Señor amáis ЩОМ БОГ ВЪРВИ Рәббим Әйса Рәббим Өзүң Улыбка Бога bạntẓrk wbạṣbr lyk Нагзор муҳаббат хомуш шавад yạ rb nwr ʿynynạ
Song not available - connect to internet to try again?