Sənin məhəbbətindən fəsli - qış bahar oldu, Solmuş güllər, çiçəklər xoş rayihənlə doldu. Bu xoş rayihən Sənin bu cahanla bir oldu, Ətrin aləmə yaydı,sanki növbahar oldu. Bu ölüm kölgəsi vadisinə Gün doğdu, Zülmətdə oturan xalq möhtəşəm işıq gördü. Gördü və anlamadı həqdən bixəbər oldu, Həqiqət dəyişilib yalanla əvəz oldu. İnsanlar paxıllıqla, kinlə dolub-daşdılar, O Salehi çarmıxdan işgəncəylə asdılar. Düşmən sevinci, fəqət, çox da uzun sürmədi, Həqiqət zəfər çaldı, yalan tari - mar oldu. Allahın Oğlu İsa üçüncü gün dirildi, Düşmən məğlub edildi, yuvası viran oldu. Tanrının qələbəsi çarmıxda tamam oldu, Xoş xəbərin sədası bu cahanla bir oldu. Rəbbim, məhəbbətindən fəsli - qış bahar oldu, Bu xoş rayihən Sənin bu cahanla bir olduUn regalo così يالي مسافرين ع الأبدية Вперед иди Боже, чути Слово Это Бог меня нашёл أحبك لأنك أحببت أولًا El ne-a iubit venind în lume Isten szeret, örvendj hát Раббимиз ЬОнюмюздедир, Ордусу Кувветлидир Աստծո Սերը Մեծ Է Շատ
Song not available - connect to internet to try again?