Sadiq Rəhbərimiz, ey Müqəddəs Ruh, Bizdən uzaqlaşma, daim yaxın ol, Öz əlinlə apar həyat yollarında. Daxildən səslənən saf, həzin bir səs Məhəbbətlə deyir: «Ey gücsüz yolçu, Mən səni evinə çatdıracağam.» Sən vəfalı dostsan, arxa, dayaqsan, Hazırsan həmişə əl uzatmağa. Atanın Ruhusan, Məsihin Ruhu, Kömək, təsəlli üçün Göydən enmisən - Gəzməsin, azmasın xidmətkarların Burada gecənin qaranlığında. İş günü bitəndə eşidəcəyik Möhtəşəm, sevincli o çağırışı. Sevinclə, nəğməylə və məhəbbətlə Göyə, evimizə toplaşacağıq. Bu axından bizi O keçirəcək, Deyəcək: «Bax, səni, ey qərib yolçu, Çatdırdım, nəhayət, mən öz evinə.»Ta, k nebies trónu, upri zraky! قلبي بيهتف بيك Сана Гелмеми Беклемедин شو ما بتطلب مني tʿlyq 3 - lmsny wqwạny Una mañana Cristo vendrá Keď sa milujeme navzájom เรากราบนมัสการ Down At Your Feet Веди меня Господь мой Свет Небо распростер
Song not available - connect to internet to try again?