Siz Mənim dil açan körpə balamsız, Seçdiyim, sevdiyim övladlarımsız. Sizə açılacaq Allahın Sözü, Sizdə yaşayacaq İsanın Özü. Ürək qapısına kilid asmadız, Məni dinlədiz, Məni anladız. Mənim səxavətim sizə böyükdür, Mənim məhəbbətim sizə öyüddür. Sizlərə hədiyyəm Müqəddəs Ruhdur, Qaranlıq dünyada işıqdır, nurdur. Bu böyük ənamı siz alacaqsız, Ata izzətində siz qalacaqsız. Sevinin, şadlanın bu izzət üçün, Rəbbimiz İsada məhəbbət üçün. Ən böyük bəxşişdir sizə verilib, Ən gözəl nemətdir Göylərdən enib. Onu göndərən Rəbb Ataya alqış! Atadan olan İsaya alqış! Allaha alqış, İsaya alqış!Nella lode أنت فادينا الأمين عند الصليب Тәңір мені жаратты Yabi Yesu, Ku Bayinsa Uskomme Jumalaan Či ťa do toho nič? Хочу сказать, Бог, спасибо Biblia preciosa Le plus haut
Song not available - connect to internet to try again?