Sonsuz bir sevgi ilə Allah bizi çox sevdi, İsa bizimçün öldü, hər birimizçün öldü. Məsihin əzabında Allahın sevgisi var, Bizim hər birimizə Onun mərhəməti var. Məsihin əzablarında bizimçün bağışlanma, Onun dirilməsində bizimçün bəraət var. «Yol, həqiqət və həyat Mənəm», - deyən Məsihə Etimad edənlərin əbədi həyatı var. Məsih hər birimizə həyat verməkçün öldü, Ata Oğulda bizə Öz sevgisin göstərdi. Onun əzablarında insanlara sevgi var, Bizim günahlarımız üçün əvəz və lütf var. Məsih bu əzabları, bilin, bizimçün çəkdi, Məhəbbət Kəlamını qəlblərimizə əkdi. Kaş ki hamı biləydi, İsa dünya üçün öldü, Dünyanın Xilaskarı öldü, həm də dirildi.Prv, než som Pána poznal yạ ṣạnʿ qlby ạlṣgẖyr Ʋbanumpuli pia hʋt Благодарю Тебя, Иисус! (авторская версия) О Спаситель Кто познает Хай хвалять Ucapkan Syukur Pada Allah No Basta Белый снег кружится за окошком Your Cries Have Awoken The Master
Song not available - connect to internet to try again?