Sən Kainatı yaradan, gözəlliyi yaradan, Hər şeyin ilki, sonu, Hər yerdə varsan əbədi, qüdrətli Allahım. Mavi səma, təmiz sular, yaşıl meşələr, Saf bulaqlar, sonsuz göylər, Sərt qayalar, uca dağlar, göy dənizlər, Gül-çiçəklər Sənin möcüzən. Parlaq günəş, ay - ulduzlu səma Sənin möcüzən. İnsanlara verdin bütün varını, Adil Allahım, Yaradanım. Alqış, alqış edir Sənə Ana təbiət, torpaq, su, hava. Alqış edir Sənə - Dünyanı Yaradana. Minnətdarıq havana görə, Günəşə görə, suyuna görə, suyuna görə. Bu dünyada həyata görə, Yerə çilənən yağışa görə, yağışa görə. Minnətdarıq, minnətdarıq Sənə əsən yelə görə. Ey insan, susma, qəlbini dinlə, Yaradanına şükürlər söylə. Sən Kainatı yaradan, gözəlliyi yaradan, Hər şeyin ilki, sonu, Hər yerdə varsan əbədi, qüdrətli Allahım.Ascribe To the Lord Honor tʿlyq 8 - sẖqạwẗ fy̱ ạlmʿml Hajnaltól alkonyatig أنا لي سلام 主啊清晨我寻求你 صفكة وهلاهل Jeso no Sakaiza tena tia anay Liko Lango Moja Wazi Йюджелер йюджеси Je ne sais pas le jour
Song not available - connect to internet to try again?