Sən mənim Göylərdə olan Atamsan, Hər yerdə, hər zaman qayğıma qalansan. Səhvlərimə dözüb, mərhəmətlə sevib, Günahımı anmadan bağışlayansan. Sevirəm Səni mən bütün canımla, Sevirəm Səni mən bütün varlığımla. Artır bu məhəbbəti, alışdır bu ürəyimi, Əziz Atam. Məni elə böyük məhəbbətlə sevdin, Sonsuz yüksəkliklərdən belə söylədin: «Gəl, mənim övladım, gəl, birlikdə olaq, Hər nəyim varsa, səninlə şərik olaq». Öyrət Sənin sevdiyin tək sevməyi, Öyrət Səni necə sevindirməyi. Öyrət Səninlə sakit dualarda Görüşüb səsini dinləməyi. Sən mənim sevimli, əziz Atamsan, Ömrümün mənası, ruhuma dayaqsan. Sənsiz heçdir insan qaranlıq dünyada, Ümidsiz, arxasız, yazıqdır insan. Sən mənim dayağım, Sən mənim qayamsan, Sən mənim rahatlığım, ruhuma çıraqsan. Sən mənim Atamsan, Sən mənim Ağamsan, Əziz Atam.تغيب الشمس Sənə alqışlar olsun, Səninlə şadlanıram Lord heal the wounds Къуванчлы йырларны кокте йырланъыз Už nechaj svoje starosti gào bié tóng nián de mèng Duša Kristova, posväť ma Abba, Uba, Ga Mu Nan, Duba, Tsauta, Ji, Ƙanmu Отче наш Твои мы дети За Голгофу, за Кровь
Song not available - connect to internet to try again?