Sən niyə yubanırsan? İsa Məsihin səsi Səni çoxdan səsləyir, səni çoxdan səsləyir. Getdiyin təhlükəli, geniş yoldan döndərib Cənnətə gedən o dar yola çəkmək istəyir. Sən niyə yubanırsan? Bu günahlı həyatı Sənə sevdirən nədir, sənə sevdirən nədir? Qaranlıqdan çıxaraq Nura tərəf gəlməyə Sənə sərhədlər qoyan anlamırsanmı kimdir? Sən niyə yubanırsan? Xilas olmağa tələs, Ayırd et haradan gəlir səni yatıran o səs. Oyan, qalx, Məsihə gəl, ölümdən həyata keç, Günahların silinsin olmasın səninçün gec. Düşmən bilir tövbə etsən, Məsihi qəbul etsən, Həyatın dəyişəcək, sıxıntını, kədəri sevinc əvəz edəcək. Rəbb səni qanadları altında bəsləyəcək, Artıq onun işləri həyatında bitəcək. Keçəcəkdir həyatın mehriban ailədə, Rəbbin xalqı içində, Rəbbin əli olacaq daim sənin üstündə. Bir vaxt iblisə əsir, günaha qul olan can Hürr olaraq keçəcək toxunulmaz məkana, Rəbbin isti, şəfqətli qanadları altına. Çox düşünmə, ağlınla Rəbbi dərk etmək çətin, Xilası iman ilə almaq mümkündür, sən bil. Şübhə etmə, heç zaman sən olmazsan peşman Dünyanın Xilaskarı - Məsihə etsən iman. Artıq yetər, yubanma, çox günlər itirmisən, Öz ağlınla yaşayıb çox şeylər itirmisən. Artıq yetər, dayanma, İsanın yanına gəl, Ürəyini könüllü Ona ver, Ona güvən.Божей Армии Милосердный Отец Он нас зовёт к Себе Viac ako včera Ти Не Си Сам Šiel kadiaľ ja chodím Even so Чуқур ва кенг Alabare Abandonne ta vie
Song not available - connect to internet to try again?