Sənin əlindədir ürəyim mənim, Təmizləyən də Sən, yuyan da Sənsən. Ürəyim necədir, onu görən yox, Qəlbləri görən də, duyan da Sənsən. Kədərli anımda könlümü aldın, Çətinə düşəndə qayğıma qaldın. Sənə iman etdim, təsəlli tapdım, Dünya kədərindən ayırdın məni, Yenidən həyata qaytardın məni. Sənin əlindədir həyatım mənim Həyatı yaradan, bəxş edən Sənsən. Lütf etdin, dünyadan Sən seçdin məni Əbədi həyatı verən də Sənsən.Бесконечная любовь Вот такой как есть (Я какая есть) โปรดทรงสำแดงในใจข้า Шалом Хер Атъш Сана Хамдетсин Unico Dios قراءة 2 Радуйся One little boy named David أول ما بانده
Song not available - connect to internet to try again?