Sənsən həyatın qaynağı, Dirilik suyunun bulağı. Sənə gələn əsla susamaz, Heç yerdə artıq su aramaz. Ya Rəbb, Səndən hara gedərik? Əbədi həyat sözləri Səndədir. Biz iman etdik və bilirik - Allahın Oğlu İsa Məsihdir. Biz iman etdik və bilirik - Yaşayan Allahın Oğlu Məsihdir! Sənə gələnə həyat dolar, Günahları əfv olunar, Daxilində diri sular axar, Bil ki, o yenidən doğular. Sənsən Göylərdən Yerə enən, Həyat bəxş edən, çörək verən. Bu çörəkdən yeyən acmaz, Ölüm nə olduğunu dadmaz.في سيرك في ذي الحياة unknown Люби Того Кого омыла En todo tiempo, oh, corazón Mane nobiscum Domine Ry Jesosy mba ampio aho ho madio fo tạ̉ml 4 انا قوي بيك Отче Наш yī shēng hái shì yào chuán fú yīn
Song not available - connect to internet to try again?