Sənə alqış deyir ürəklərimiz, Ey Allahın Oğlu, uca Rəbbimiz! Sənsən bu günümüz, gələcəyimiz, Sənə alqış olsun, İsa, Rəbbimiz! Göylərdədir əbədi məskənimiz, Göylərin həsrətindədir qəlbimiz. Bizə yer hazırlar orda Rəbbimiz, Sənə minnətdarıq, İsa, Rəbbimiz! Səninlə əbədi yaşamaq üçün , Sənin cəlalını seyr etmək üçün, Müqəddəs Şəhərə sakin olmaqçün Can atırıq hər an, İsa, Rəbbimiz! Sənsən o Müqəddəs Şəhərin Nuru, Hamıdan izzətli, Allahın Oğlu! Müqəddəs Ruh bizi çatdırar ora, Sənə alqış olsun, İsa, Rəbbimiz! Sənə alqış deyir ürəklərimiz, Şərəfə, şöhrətə layiq Rəbbimiz. Sənsən dayağımız, güvəndiyimiz, Sənə alqış olsun, şanlı Rəbbimiz! Sənin məhəbbətin sonsuz, ölçüsüz, İmanla yaşarıq, var ümidimiz. Bir gün Səni görəcək gözlərimiz Hamıdan qüdrətli, qalib Rəbbimiz!حوار الملك حجلة وعبدمون Прячась в пустыне сухой в нищете 每一天我都需要你的 sydy nfsy ldyk Joy Спасибо наши мамы Ovečkou že Páně jsem O ulcea cu flori frumoase Сүйінші Руки вверх
Song not available - connect to internet to try again?