Sənə minnətdaram, ey Ulu Tanrım, Sənin bu sevgini unutmaqmı olar? Biz günahkar ikən Sən Öz canını Fəda etdiyini heç danmaqmı olar? Öyrətdin Sən bizə Müqəddəsliyi, Söylədin Ataya yaxınlaşmaqdan. Müqəddəs Ruhundan, axan Qanından, İncil Kəlamından heç dönməkmi olar? Sən içən kasadan biz də içirik, Vəftiz olduğun tək vəftiz oluruq. Xilaskarımızsan, Səni sevirik, Sənin iradəndən heç çıxmaqmı olar? Dünya dar görünür, darıxıram mən, Qonaq tək üzülüb sıxılıram mən. Vətənim Göylərdir, gözləyirəm mən, Bu böyük ümidi söndürməkmi olar?Славен будь, Иисус Над землею небо синее جاي وبسلم قلبي ياربي S tebou je lepší jeden deň Бог мой Бог наш Estoy contento te diré لدنيانا قد أتيت qạm wbqwẗ Chante à l'Éternel un Chant Nouveau I Will Dance
Song not available - connect to internet to try again?