Tanrım, sevdim Səni mən bütün varlığımla, Əbədi verdim Sənə külli - ixtiyarımı. «Övladım» deyib mənə layiq etdin Özünə, Xeyir - dua ver mənə, mən layiq olum Sənə. Təzələ məni, Rəbbim, Sən təzələ ruhumu, Təzələ ürəyimi, qəlbimi, həyatımı. Hər günüm, hər səhərim, qoy Sənə həsr olunsun, Atdığım addım, Rəbbim, qoy Sənə layiq olsun. Sənin həyat nəfəsin qoy dolsun daxilimə, Təzələnim, paklanım qarşında gündən - günə. Sənin hüzurunda mən Sənə layiq dayanım, Əqlimi, şüurumu, zehnimi Sən təzələ. Götür Sən məni, Rəbbim, al Öz ixtiyarına, İdarə etsən məni, bilirəm ki, azmaram. Dilimi, dodağımı Sən al ixtiyarına, Bilirəm ki, heç zaman utandırmazsan məni.Keď ráno z lôžka vstávam Great Is Your Faithfulness Հավիտյան ես Դու ʿysẖny ạ̉nạ سُیگی و گویچ BAWIPA THANGTHAT A NUAM Он искупил меня Ty jsi jediný Bůh అంత్య దినమందు దూత Як Він любить нас
Song not available - connect to internet to try again?