Tanrım, Sənsən qəlbimin, ürəyimin sakini Sənsiz ola bilərmi bircə saniyəm mənim? Sənsən mənim ömrümün, taleyimin hakimi, Sənsiz keçə bilərmi bircə anım da mənim? Sən qüdrət, əzəmətsən, heç tapılmaz tay Sənə, Qarşında diz çökürəm səcdələrim tək Sənə. Mərhəmətin ölçüsüz, sonsuz bir asimanmış, Hikmətin sona qədər dərk olunmaz bir varlıq. Sənin ruhun ən böyük biliklərə açarmış, Sənsiz qaranlıq imiş, «işıqlı dünyam» mənim. Mərhəmətin nur olub dünyaya şəfəq saçdı, Ölüm qorxusu üstə İsmin qələbə çaldı. Təmizliyin, paklığın Səni Göyə ucaltdı, Ümman sevgin önündə damlaymış sevgim mənim.Sei tu Ya ves, Señor, que soy un peregrino غني أجمل أيامي Dərinlikdə أنت ميراثي ā bà fù wǒ men huí lái le جەتىشتۉۉسۉڭ ماعا تەڭىر Затяну я песню yʿẓm nṣrnạ
Song not available - connect to internet to try again?