Tanrıya həmdlər edirəm,düzgün yolu tapmışam, İsaya iman edərək, Onu indi tanımışam. Əsir idim, azad oldum, naçar idim, xoşbəxt oldum, Müqəddəs Ruhdan doğuldum, Allahıma övlad oldum. İsa mənə yol göstərib, zülmətdən nura gətirib, Pis əməllərdən döndərib, sakit, rahat həyat verib. İndi mən azad olmuşam günahın hiyləsindən, Yeni həyatı tapmışam, güc almışam, ya Rəbb, Səndən. İndi artıq dərk edirəm mənə olan mərhəməti, İsaya alqış deyərək, Ona verirəm izzəti.主啊我赞美你 సాక్ష్య మిచ్చెద మన స్వామి Alfa ve Omega Nascondimi Chętnie żeśmy tu przybyli Vincere potrai Pasterzu ludów Хер Шейин Кайнаъ Куледен Бекчи Не Дийор? Indulj meg, te föld
Song not available - connect to internet to try again?