Təmizliyi, safl ığı Sən öyrədirsən bizə, Günahsız yaşamağı Sən öyrədirsən bizə. Bir rahatlıq, bir ümid gətirdin ömrümüzə Alqış, Rəbbimiz İsa, Səndəki mərhəmətə. Məlhəm oldun qəlblərə, yaralı ürəklərə, Sevinc, təsəlli verdin qəlbləri kövrəklərə. Güc gəldi zəifl əmiş, qüvvətsiz biləklərə Alqış, Rəbbimiz İsa, Səndəki əzəmətə. Kim küsər, kim inciyər, Sənin bircə sözündən? Dilin də qəlbin kimi təmiz oldu Özündən. Nə bir insan, nə bir kəs, yayınmadı gözündən, Alqış, Rəbbimiz İsa, Səndəki məhəbbətə. Gəlib dindirirsən Sən dünyadan küskünləri, Sıxırsan ürəyinə Səni sevən kəsləri. Bu dünyanın şərindən qoruyursan bizləri, Alqış, Rəbbimiz İsa, Səndəki bu qüdrətə.Mi Plenitud Иисус нет Тебя дороже и добрей نحنا كلنا عيلة Хочу Господь сильней Тебя любить Hai acum e timpul să te-nchini Duchom svojím veď nás, Kriste! Mifaly tokoa ny foko izao นายงานและขอทาน Мир на сердце твой پەرىشتەلەر جانا بالدار
Song not available - connect to internet to try again?