Vaxtında gəlmədim Sənin qarşına, Ürək qapısını döyəndə, Rəbbim. Kar imiş qulağım, kor imiş gözüm, Bağışla, duymadım sevgini, Rəbbim. Bağışla, Allahım, bağışla məni, Tez aça bilmədim mən ürəyimi. Bağışla, Allahım, bağışla məni, Dərk edə bilmədim mərhəmətini. Qurtardın canımı şərin əlindən, Günahlı dünyaya vermədin məni. Tutub əllərimdən bələdçim oldun, Göstərdin Əbədi həyat yolunu. Bu yolla getmisən Sən də Göylərə, Atanın sağında gözlə məni də. Bu yol aparacaq məni də Göyə, Bir gün çatdıracaq məni Rəbbimə. Tərk etməzsən məni əsla, bilirəm, Mütləq gələcəksən, söz vermisən Sən. Dönməz həqiqətdən mənim də qəlbim, Səni gözləyirəm həsrətlə, Rəbbim.Hay una fuente de amor divino Взглянь на Иисуса За грех твой Он умер Viens, Saint-Esprit Будь Вождем Ты нам Ibodat qilgin doʻstim Ó vitaj, Ježišu, ty chlieb živý En la mansión do Cristo está С Тобой другое все tʿạl dlwqty ḥạlạaⁿ Zakka Mutum Gajere Ne
Song not available - connect to internet to try again?