Yaratdın insanı böyük məhəbbətlə, Baxıb çox sevindin əlinin işinə. Sənin bu sevincin çox uzun sürmədi, Yaratdığın Sənə xəyanət etdi. Sənin məhəbbətin insanınkı tək deyil, Sənin sədaqətin müvəqqəti deyil. Sənin qəzəbin əbədi deyil, Sən bizi xilas etmək istədin. Günahın əvəzi ölümdür, ölüm! Sən razı olmadın günahkar tək ölək. Bizim etdiyimiz hər bir günahçün Əzab çəkməyə Oğlunu göndərdin. O isə Ataya sadiq Oğul tək, İtaətli oldu, hətta ölümədək. Günahlı bir bəşər bənzəyişində Yerdə doğuldu İnsan Oğlu tək. Sənə minnətdarıq, ey Allah Oğlu! Yerdə doğulmağa Sən razı oldun. Dünyada ən böyük işi görməkçün Sən Yerə enməyə razı oldun . Allahın yeganə, sevimli Oğlu! Allahın izzətli, qüdrətli Oğlu! Sənin Yer üzündə doğuluşun Yem təknəsində, saman üstə oldu. Alqış Sənə, İsa, alqışlar,alqışlar! İzzət Sənə, İsa, izzətlər, izzətlər! Alqış Sənə, İsa, izzət Sənə, İsa!Таны дуудсан газарт Корку ве Севги Сиз Мəним дил ачан көрпə баламсыз Худовандни мадҳ этинглар Raja Daud yang Agung ساڭا ئىبادەت قىلىمەن Небеса проповедуют славу Божью Vreau sa spuna cel ce-i slab Jesus, remember me Allahın yoluna güveniyom
Song not available - connect to internet to try again?