Yaratdın insanı böyük məhəbbətlə, Baxıb çox sevindin əlinin işinə. Sənin bu sevincin çox uzun sürmədi, Yaratdığın Sənə xəyanət etdi. Sənin məhəbbətin insanınkı tək deyil, Sənin sədaqətin müvəqqəti deyil. Sənin qəzəbin əbədi deyil, Sən bizi xilas etmək istədin. Günahın əvəzi ölümdür, ölüm! Sən razı olmadın günahkar tək ölək. Bizim etdiyimiz hər bir günahçün Əzab çəkməyə Oğlunu göndərdin. O isə Ataya sadiq Oğul tək, İtaətli oldu, hətta ölümədək. Günahlı bir bəşər bənzəyişində Yerdə doğuldu İnsan Oğlu tək. Sənə minnətdarıq, ey Allah Oğlu! Yerdə doğulmağa Sən razı oldun. Dünyada ən böyük işi görməkçün Sən Yerə enməyə razı oldun . Allahın yeganə, sevimli Oğlu! Allahın izzətli, qüdrətli Oğlu! Sənin Yer üzündə doğuluşun Yem təknəsində, saman üstə oldu. Alqış Sənə, İsa, alqışlar,alqışlar! İzzət Sənə, İsa, izzətlər, izzətlər! Alqış Sənə, İsa, izzət Sənə, İsa!కలువరిగిరిలో సిలువధారియై ḥrkẗ ʿạlbrkẗ تسبيح يعلا لك - حقك دا في أراضينا تكلم يا رب Ó, ó, ó, ó, tak dobrý je náš Pán zhǔ shì wǒ men de bì nán suǒ Jeesuksen tähden nouskaa هيا جنود الرب bù yào zuò è Unknown
Song not available - connect to internet to try again?