Yolların dümdüzdür, buna şübhə yox, Sənin Sözün ilə yaşamaq gərək. Sən bizi seçmisən, biz Səni deyil, Böyük etimadı doğrultmaq gərək. Sən dedin, siz sevin Mən sevdiyim tək, Yaşayın hər zaman yaşadığım tək. Güc bizə ehsan tək Məsihdən gələcək, İnanmaq, inanmaq, inanmaq gərək. Güc bizə ehsan tək Məsihdən gələcək, Onun varlığına söykənmək gərək. Kor kimi zülmətdə hey dolananın, Günah dəryasında üzüb-batanın, Çarəsiz qalaraq əl-qol atanın, Tezcə fəryadına yetişmək gərək. Əqlə, biliyə yox, qəlblərə baxır, Kamala, hüsnə yox, əmələ baxır. Ürəkdə közərən işığa baxır, Onu alışdırıb yandırmaq gərək.Гел ей кутсал Рух долдур бизи Aly Hezret عمرى ما دقت سعادة آتى إليك - موسيقي Саядан бир кузу айрълдъ heights of love Sakit bir gecə Грънчарю на душата ми الىسقى بەيت۔لەحەمدە، حان سارايدا ەمەس Ty odpúšťaš
Song not available - connect to internet to try again?