Yolu həm həqiqi, həm də düz yoldur, Bu yola üz tutub yerimək gərək. Allaha, həyata aparan yoldur, Şübhə etməyərək inanmaq gərək. O bizi sevibdir, biz Onu deyil, O bizi seçibdir, biz Onu deyil. Ey günahkar insan, azad olmaq üçün Məsihə inanmaq, inanmaq gərək. Allahın Oğluna iman edərək, Onu ürəyinə buraxmaq gərək. Kor kimi zülmətdə dolaşır insan, Günah dəryasında boğulur insan, Çarəsiz qalaraq sarsılır insan, İşığı Məsihdə aramaq gərək. Məsih insanın kimliyinə baxmaz, Daşıdığı günah yükünə baxmaz, Ağlına,hüsnünə,varına baxmaz, Verdiyi sədəqə,qurbana baxmaz. O bizdən qurban yox, mərhəmət istər, Özünə bəraət yox, tövbə istər, Riyasız, hiyləsiz məhəbbət istər, Məsihdən nümunə götürmək gərək. Allahın Oğluna iman edərək Onu ürəyinə buraxmaq gərəkKita, Anak Adam دايمًا تسمع Am-pelatananao ry Raiko Buď vôľa Tvoja! هو الإله ข้าต้องการพระองค์ Longing For You Ya Allah...ah Na Gode Иса, Хер шейим Иса'я Kutsal Olan Mily nagy az Isten szerelme
Song not available - connect to internet to try again?