Çarmıxdan aramla axan İsa Məsihin Qanıdır, Həzin-həzin yerə daman xilasımızın haqqıdır. Günahım ağır olsa da, dağlardan böyük olsa da, Çarmıxdan axan o Qan təmiz edər məni qardan. Əbədi Atanın yanından İsa qan tökməyə gəldi, Şahlıq tacın Göydə qoyub, Yerdə tikanlı tac geydi. Rəbbin səsini eşitdim, həyat mənbəyinə gəldim, Xilasımı əldə etdim, O məni qardan ağ etdi. Mənim yorğun, zəif ruhum dünyadan xoşbəxtlik umurdu, Tənha, azmış bir quzunu İsa ölümdən qorudu. Ruhumla daim görürəm çarmıxdan axan o Qanı, Oradan daim lütf axır, O məni qar tək ağardır.Cu luntrea credinţei pe mare కలవర పడకు కన్నీరు Tengo un Amigo que está conmigo Превыше, чем весь мир Открывающий слепым глаза Your Word lái ba ràng wǒ men xiàng shén yǎng liǎn Отец благой, перед Тобой Osmonədə bıə Pıə 호흡있는 모든 만물
Song not available - connect to internet to try again?