Ürəyimi dinlə, qəlbimi dinlə, Dinlə məni, Rəbbim, gör ürəyimi. Səndən başqa kimsə istəməm olsun Mənim can evimdə, mənim qəlbimdə. Sənindir, İlahi, ürəyim, qəlbim, Müqəddəs Ruhunla bağlandım Sənə. Səndən özgə isim varsa qəlbimdə, İlahi, Sən onu at ürəyimdən, Təmizlə qəlbimdən, sil ürəyimdən. Canı da, qəlbi də Sən yaratdın, Sən, Onunçün bağlıdır ürəyim Sənə. Açırsan qəlblərin bütün sirrini Varmı Səndən gizli sirr ürəyimdə? Rəbb İsam, Səndən qeyri kimsəni Tanımaq istəməm, görmək istəməm. Məsih İsam, Səndən qeyri kimsəni Eşitmək istəməm, anmaq istəməm.Jina Lake Yesu Tamu Բացիր Սրտիս Աչքերը Տեր ậdm tạny سەنى مەن سۉيۅمۉن Árkimder-aq surap júr Ǵaısa kim dep Qudaıdy madaqtańdar bar elder Láskou šetřit Kalkacağız İsa Gelince سەندەي ەشكىم جوق I Am the Door
Song not available - connect to internet to try again?