Şübhə yox adına, Allahlığına, Bənzəri olmayan bir varlıqsan Sən. Göyləri, yerləri Sən yaratmısan, Oxşarı olmayan bir həyatsan Sən. İlahi, kömək et, dərk edim Səni, Özün açmazsansa, bu mümkün deyil. Bilirəm, lap çoxdur bilmədiklərim, Sözü mənalı Kitabsan. Hamını, hər şeyi görürsən hər an, Seçirsən yaxşını pisdən, yamandan. Haqsızlıq edənə səbr edirsən, Sonu bilinməyən məhəbbətsən Sən. Nifrətə yaxşılıq, lənətə sevgi, Günaha mərhəmət, əvəzsiz bir lütf. Diləyən hər kəsə əbədi həyat, Ədalət taxt - taclı Hökmdarsan Sən.Ry Betlehema kely o! Alleluia to the Lamb fy lylẗ mn ạlsẖtạʾ Canterò sempre del Tuo amore Хвалите Бога Jésus, Jésus, viens à moi Колларъна Кошуйорум Раб I Will Praise Him Эгам посбоним ВЪВ БОЖИЯТА КРЪВ
Song not available - connect to internet to try again?