Əsirgəməz Gün işığı, Ay nuru, Qismətimdir yaz yağışı, yay nuru. Allah mənə pay göndərib, pay nuru, Haqqa doğru yol gedirəm, nə vaxtdır. Ulu Tanrım, olmazları ol eylə, Ulu Tanrım, imanımı bol eylə, Ulu Tanrım, qoyduğun dar yol ilə, Haqqa doğru yol gedirəm nə vaxtdır. Dərd gələndə Rəbbimə üz tutmuşam, O İşığın ətəyindən tutmuşam, Kədər nədir, Səninlə unutmuşam, Haqqa doğru yol gedirəm, nə vaxtdır. Açdığım əl dərgahına doğrudur, Tutduğum yol həqiqətin yoludur. Hər gün üzüm çarmıxına doğrudur, Haqqa doğru yol gedirəm nə vaxtdır.Yahweh Schalom أنت الحقيقة فى عالم Minden időben áldom mstḥq kl ạlmjd Keling doʻstlar qoʻl berishib TANRI PADŞAHLIĞI YAXINDIR Som sám Два сердца În curând în curând soarele va răsări БОГ Е ЛЮБОВ
Song not available - connect to internet to try again?