Allahın Oğlu İsa Göylərdən yerə endi, Çarmıxda əzab çəkib, günahı məhkum etdi. Qurtuluş tapmışıq biz Onun Qanında, Günahlarımızı daşıdı çarmıxda. Lənətdən, pislikdən azad etdi bizi, Müqəddəs Ruhuyla doldurdu qəlbimizi. Haleluya, haleluya, Haleluya, haleluya. Allahın Oğlu İsa Özünü qurban etdi, İman edən hər kəsə Əbədi həyat verdi. Müqəddəs, pak Qanıyla günahları yudu, Öldü və ölülərdən ilk dirilən oldu. Göylərə qapı açdı Öz dirilməsiylə, Lütf, səadət, xoşbəxtlik tapdıq biz Məsihdə. Haleluya, ölümə qalib gəldi, haleluya, Rəbb dirildi!Come una barca Pretože ma miloval Äran tillhör Fadern أدنو إليك ارتاح Faly dia faly Otvor mi oči, Duch Svätý Келемін Саған Жаратушым آسف لأني ماقولتش لأ Тек Месих'те Юмидим Вар ạlfdạʾ .. msẖ ḥdwtẗ
Song not available - connect to internet to try again?