Allah hikmətini kaş biləydin sən, Saf məhəbbətini kaş biləydin sən. Ah, kaş sən biləydin ki, İsa Rəbdir! O, Qadir Allahdır, O, Xilaskardır! Kaş sən tanıyaydın İsa Məsihi! Kaş sən biləydin ki, taxta çarmıxda Sənin günahınçün tökmüş qanını. Kaş səni lə'nətdən, ölüm torundan Azad etdiyini tez biləydin Sən. Ah, kaş sən biləydin ki, İsa Rəbdir! Sən onda qalmazdın bu qaranlıqda, Sən onda çəkməzdin bu əzabları, Şikayət etməzdin sən taleyindən. Kaş sənin gözlərin tez açılaydı, Kaş sən tanıyaydın İsa Məsihi! Səni sevdiyini kaş biləydin sən, Sənə dözdüyünü kaş biləydin sən. Sən onda tapardın rahatlığını, Sən Onda tapardın xeyir - duanı, Kaş sən tanıyaydın Rəbb Allahını!nfsy Huyo ndiye! Anashuka Saggies, saggies Pieni di Spirito Santo Суроо сага: кайдан келдиң сен? ạldʿwẗ Бир Адамън Ики Олу Вардъ أدنو إليك Romokból életet Крести меня своей силой
Song not available - connect to internet to try again?