Allaha izzət verin gözəl nəğmələr ilə, Daim şükürlər edin sevincdə də, qəmdə də. Alqış olsun Allaha, O bizi xilas edib, Bizi ölümdən alıb, sevimli xalqı edib. Allaha alqış deyin, Onu daim yüksəldin Bizə olan ölçüsüz məhəbbətinə görə. Hər an Ona həmd edin ağlınız, dilinizlə, Ruhunuz, qəlbinizlə, yaxşı işlərinizlə. Daim Ona həmd edin ölümə məhkum olan Dünyaya göstərdiyi böyük səbrinə görə. Özüylə xilas etdi O həm səni, həm məni, Çarmıxda əzab çəkdi azad etməkçün bizi. İzzət verin Allaha nə qədər ömrünüz var, Ürəyiniz döyünür, canda nəfəsiniz var. Tezliklə O gələcək böyük izzəti ilə, Əbədi, möcüzəli böyük qüdrəti ilə. Aparacaq bizləri Öz Əbədi evinə, O əbədi rahatlıq və səadət yerinə.قاپىسىنان ەمەسمىن Odpustené moje viny Xamdu sano Izahay ankizy te-hidera Anao Kuzu Layıktır У матери птицы Come Holy Spirit, Lord Our God Исо мени севади! Etoile d'or mlk ạlslạm
Song not available - connect to internet to try again?