Allahım, mən Sənlə olmaq istərəm, Sənin işığında gəzmək istərəm. Qəlbimi, canımı Sənə bağlayıb, Sənintək müqəddəs olmaq istərəm. Bütün həyatımı Sənə bağlaram, Səninlə sevinib, Sənlə ağlaram. İdarə etməkçün bütün ömrümü Sənin əllərinə vermək istərəm. Səni dərk etməkçün zehnimi açdın, Sənin həyat verən lütfünü aldım. Müqəddəs Ruhunla, sevginlə doldum, Mən Sənin İsmini yaymaq istərəm. Sənsən yol, həqiqət, əbədi həyat, Həyatın mənimçün böyük nümunə. Sənin gözlərinlə, məhəbbətinlə Yaratdıqlarına baxmaq istərəm.ạ̉qd̃r mạ fʿlt lạ̉jly Zum Himmel schaue ich empor Deck The Halls Minnətdaram Sənə mən 回想耶稣在世上 Только с Тобою хочу быть в общенье I Surrender All В радости служить мы будем هاتوا له التاج Victoria prin Isus avem pe vecie
Song not available - connect to internet to try again?