Bu dünya boğulur günah içində, O, çirkab içində, o, qan içində. Biri digərinə hey qara yaxır, Biri digərində günah axtarır. Öz gözündə tiri görməyir heç kəs, Bir özgə gözündə tükü axtarır. Axtarır günahı hər kəs qonşuda Hamı dərd, kədər içində. Uşaqlar evlərdə böyüyür məğrur, Onlarda təkəbbür, onlarda qürur. Dünya kor eyləmiş baxan gözləri, Bu dünya boğulur çirkab içində. Körpə uşaqların atır analar Tanımır övlad da daha atasın. İxtiyar qocalar baxımsız qalır, Onlar dərd, kədər içində. Bürümüş laqeydlik çox cavanları Gəncləri bürümüş bir ümidsizlik. Təsəlli tapmırlar onlar həyatda Boğulur bu dünya günahda. Vaxtın necə gəlib, necə keçdiyin, Ömrün də faydasız ötüb getdiyin, Dünyaya nə üçün gəlib - getdiyin, Bircə an düşünmür, anlamır insan. Özü də bilmədən, heç anlamadan, Yaşayır bu insan dəhşət içində, Bu dünya boğulur günah içində.Голд VYPROSUJ POKOJ MESTA JERUZALEM Держит Он меня Боже Тебя я молю Türkmenistan üçin Chválim Ťa, Ježiš Богу доверяюсь жизни путь Он направляет nǐ men yào qiú shàn Olyan hitet tʿlyq 3 - ʿly̱ ạlmrṣd
Song not available - connect to internet to try again?