Bəşər qüdrət aldı, İsmindən qüdrət, Sənsiz yoxdur, ya Rəbb, bizdə o cürət. Səninlə yıxırıq düşmən qalasın, Səninlə açırıq iblis yuvasın. İsmindədir yalnız qüdrət, əzəmət, İsmindən xilqətin alır cəsarət. Bələdçilik edib, Ata yanına Qabaqda gedirsən, biz də ardınca. İsaya əbədi izzət, İsaya əbədi şöhrət! Səndədir, İlahi, həyat dəyəri, Sənsən ömrümüzün zinət, bəzəyi. Sözündən yarandı bu cümlə-cahan Cümlənin dəyəri Sənsən hər zaman. Ölüyə can verir həyat sözlərin, Baxır ürəklərə Sənin gözlərin. Hər ürək bir nur tək yansın önündə Yaşasın xilqətin Sənin Sözündə!Сегодня мы собрались Gün Doğup Gün Batarken Имена Бога Meno Ježiš požehnané Klaniam sa ti vrúcne ٴسۇي، ٴسۇي fwq kl qwẗ يسوع أنت ترنيمتي تأمل 3 - قريب لمن يدعوه الصلاه الربانيه
Song not available - connect to internet to try again?