Dayanıbdır Hakim qapı ağzında, Şikayət etməyək bir-birimizdən. Qaldır gözlərini sən İsaya bax - Çarmıxda yalvarır: «Ata, bağışla, Zira nə etdiyin anlamır onlar». Baxın o müqəddəs uca Tanrıya, Baxın o çarmıxda tökülən Qana. Baxın üzündəki iztirablara Məhəbbət aparıb Onu o dağa. Allah bu dünyanı bil, elə sevdi, Öz vahid Oğlunu O, qurban verdi. Özünü qul kimi yerə endirdi, Səni də, məni də O, azad etdi, Əbədi həyatı, sülhü vəd etdi. Ucuz tutma Rəbbin bol məhəbbətin, Göylərdən verilən o mərhəmətin. Günahın əvəzi ölümdür, ölüm Onun da əvəzin Rəbb artıq vermiş, Qayğıdan, lənətdən O, azad etmiş. Dayanıbdır Hakim qapı ağzında, Şikayət etməyək bir - birimizdən. Şükranlıqlar çıxsın qoy dilimizdən, Budur saf, müqəddəs ibadətimiz, Gəlin sınamayaq daha Rəbbi biz.О укрепи меня Спаситель снова Come let us sing yạrb yạ ʿạly Cennet Güvercini Osmonda boʻlganday bạrky yạ nfsy ạlrb Папа дома מקדם - אודך כי עניתני พระเจ้าเที่ยงแท้ 我要宣告耶和华的名
Song not available - connect to internet to try again?