Diri Xilaskara mən qulluq edirəm, Bu gün O yaşayır, bunu mən bilirəm. Əli mənə dayaqdır, səsi mənə sevinc, Hər ehtiyacıma Məsih tez cavab verir. Rəbb dirildi, Rəbb İsam həyatda Danışır, yaşayır mənimlə hər an. Rəbb dirildi, qurtuluş verdi bizə, Sevinci qəlbimdə yaşar hər zaman. Ətrafımda görürəm çox dərin sevgisini, Ürəyim sıxılanda kəsmirəm ümidimi. Bu həyat, bilirəm, qorxunc bir fırtınadır, Ancaq İsa gələcək, xilasım çox yaxındır. İmanla, sevinclə Padşahın Rəbb İsaya Səsini yüksəldərək söylə: Haleluya! Axtarana ümiddir, tapana yardım, Yoxdur Sənin tək sevən, Rəbbim, mənim AllahımJesús me satisfaz Come Into my Heart Thou art worthy Иште Ъшък, Иште Иса Голјат ҹəнҝə чыхды Наш Господь добрый Отец ఆశ్చర్యకరుడా VEĽKÝ JE NÁŠ PÁN Jelenlétedben Pour la ville
Song not available - connect to internet to try again?