Dostum, sirdaşım İsa, Köməyimə gəlirsən hər an. Ürəyim sızıldayanda Sən möcüzəli Şəfamsan. Sənsiz dincliyim olmaz, Sənsiz dünyam sönükdür. Yalnız Səndə tamamlanır qırıq qəlbimin parçaları. // Sevgində Sənin yaşayıram, İsidirsən məhəbbətinlə. Dostum, bu həyatda heç kəs Səni əvəz edə bilməz. // Dostlarım atıb getsə, Dünya məndən üz çevirsə, Bilirəm - Sən tərk etməzsən, Bu dostluq əbədi qırılmaz. Sən hər şeyi anlayırsan, Ən dərin sirləri bilirsən. Bu kədər dolu dünyamda Səndən dəyərli nəyim var? Sözlərim az, dilim kasad Nə qədər desəm də, azdır. Xoşbəxtliyim və sevincim Həyat qaynağımsan İsa. Sənsiz dincliyim olmaz, Sənsiz dünyam sönükdür. Yalnız Səndə tamamlanır qırıq qəlbimin parçaları.Ce sunt eu, ce sunt eu? Saviour of the world ạlbswạ ạlmsyḥ Хеп Янъмъздасън Я Раб Маҳбубам аз они ман аст Fede ạʿrf ạ̹lhk sẖjrẗ ạlmylạd 燃烧吧福音的火 โอ พระวิญญาณ เราเรียกร้อง Holy Spirit Thou Art Welcome
Song not available - connect to internet to try again?