Dostum, sirdaşım İsa, Köməyimə gəlirsən hər an. Ürəyim sızıldayanda Sən möcüzəli Şəfamsan. Sənsiz dincliyim olmaz, Sənsiz dünyam sönükdür. Yalnız Səndə tamamlanır qırıq qəlbimin parçaları. // Sevgində Sənin yaşayıram, İsidirsən məhəbbətinlə. Dostum, bu həyatda heç kəs Səni əvəz edə bilməz. // Dostlarım atıb getsə, Dünya məndən üz çevirsə, Bilirəm - Sən tərk etməzsən, Bu dostluq əbədi qırılmaz. Sən hər şeyi anlayırsan, Ən dərin sirləri bilirsən. Bu kədər dolu dünyamda Səndən dəyərli nəyim var? Sözlərim az, dilim kasad Nə qədər desəm də, azdır. Xoşbəxtliyim və sevincim Həyat qaynağımsan İsa. Sənsiz dincliyim olmaz, Sənsiz dünyam sönükdür. Yalnız Səndə tamamlanır qırıq qəlbimin parçaları.Русь Vicino a te Отажоним йўлимизда โฮซันนา محتاجين لك Haz Lo Que Quieras Боже дай силы пройти Surrounded (Fight My Battles) يسوع رفيقي Amen! Al nostro Dio
Song not available - connect to internet to try again?