Ey Allahım, heç vaxt məni tərk etmə, Sənsiz tənhalıqdır, qorxuncdur həyat. Sanki dolaşırdım zülmət gecədə, Yol göstərənim, mənimlə ol birgə. Boş bir qabdır sanki sevməyən insan, Həyatın mənasın anlayar sevən. Nə qədər Allaha yaxın olarsa, Məhəbbətlə dolar, nurlanar insan. Həyatımda çoxlu səhvlər etmişəm, Məhəbbətinlə bağışlamısan Sən. Dünyada nə qədər dərd, qəm görmüşəm, Hamısından qorumusan məni Sən. Nə qədər yanar ox yağdırdı düşmən, Azdırmaq istədi məni düz yoldan. Səni tanımasam, görməsəm də mən, Tək ümid mənbəyim oldun əzəldən. Arzumdur, yaşayım sonsuz baharda, Sənin məkanında, Sənin yanında. Əbədi yuxuya getsəm də bir gün, Oyanım o rahat, isti qoynunda.Ümid bəxş etdin Jasyr Meni Ved Jesu føter ei stille stund A l'Agneau sur son trône hái shì zǒu shí zì jià de lù جزء 6 Ведь это я вбивала ржавый гвоздь Pokoj vám Čujte slávny neba ples Vždy Ho chváľ
Song not available - connect to internet to try again?