Ey ümid etdiyim yeganə Allah, Sənin tək etimada layiq yoxdur. Sən elə sevgisən, elə məhəbbət, Sənin sevdiyin tək, heç sevən yoxdur. Sən elə ucasan, elə yüksəksən, Sənin tək ucalan, yüksələn yoxdur. Əhdinə sadiqsən, sədaqətlisən, Sənin tək etibarlı olan yoxdur. Sən elə Atasan, ey böyük Allah, Sənin məhəbbətin dünyadan böyük! Kim Sənin tək edər Oğlunu qurban Günahlı insanı azad etməkçün?! Sənin məhəbbətin qəlblərə sığmaz, Ölçülməz, tükənməz, əvəzolunmaz. Gecə də, gündüz də tərənnüm etsək, Tərifl ər, izzətlər Sənə bəs olmaz! Sən elə Atasan, uca Göylərdən Uzanır əllərin övladlarına. Tutaraq əlindən könlün alırsan, Sənin tək xeyirxah olan da yoxdur.Parlerò di te Ey Xweda L'acqua della vita ạlgẖsẖ Mille volte Dā, Mala’iku Ke Shaida Bur'dayım Senin için Полный благости полный радости كەلگەيسىڭ، كەلگەيسىڭ Таныг ерөөе
Song not available - connect to internet to try again?