Gecələr ulduzlar sayrışır Göydə, Sənin sakitliyin var ürəyimdə. Səni düşünürəm, Səni anıram, Səni mədh edərək alqışlayıram. Sən mənim əlimdən möhkəm tut, Rəbbim, Yoluma işıq saç, qoyma büdrəyim. Sən məni çatdır gözəl Diyara, Baxıram həsrətlə mən buludlara. Gözlərin yenə də dikilib bizə, Həmişə möhtacıq Sənin sözünə. O şirin sözlərin qüvvətdir bizə, Müqəddəs Ruhun da möhürdür bizə. Gözlərim yoldadır, qulağım səsdə - Rəbbim nə vaxt gələr buludlar üstdə? Gözləyirəm Onu böyük həsrətlə, Üz tutub Göylərə deyirəm: Tez gəl!Ešte raz Рəббин Адына Алгыш Дејəк Heaven above عظيم اسمك يا يسوع Höher - Du sagst wo die Sonne aufgeht Yesu Ne Ya Yiwo Gafara Ey qoʻzichoq, qoʻrqmayapsanmi sen Bintang-bintang Cemerlang yǒu yī wèi péng yǒu АЙ-КАНАТТУ КУШТЫЙ БОЛОЙЫН
Song not available - connect to internet to try again?