Hüzuruna gəldim, tanıdım Səni Bildim, Sən olmusan məni yaradan. Atamdan, anamdan doğulsam da mən, İlk ata - ananı Sənsən yaradan. Əzəl və son Sən imişsən, Sən, Xilas, həyat ancaq Səndədir, Səndə. Bildim ki, əzəldən var imişsən Sən, Başlanğıc da Sənsən, son da Səndədir. Həyat çörəyi də Sən imişsən, Sən, Hikmət və həqiqət ancaq Səndədir. Səhrada yanana bulaq imişsən, Şaxtada donana günəşli bir yay. Zülmətdə qalana işıqlı bir Ay, Ümid çırağı da ancaq Səndədir. Xilas vəd etmisən bütün dünyaya, Lütfünü vermisən seçdiyin cana. Günahı yumusan Müqəddəs Qanla, Xilas da, həyat da ancaq Səndədir.Горы растают холмы потекут Maan mä tiedän iki-ihanan HALELUJA - VLÁDNE PÁN! Leaga-ne Doamne pe toţi împreună ఇంత కాలం నీదు కృపలో Иисус мой Царь هل عشت قبل أن Приди ко Мне ты часто слезы льешь yạmn bḥḍwrh Quando chiamo Gesù
Song not available - connect to internet to try again?